RU

Kivilərin arasında külli miqdarda narkotik keçirmək istədi FOTO

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Bildirilib ki, "Cənub-Astara" gömrük postunda kivi yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsindəki kivi yükünün içərisindən xüsusi üsullarla qablaşdırılan və gömrük nəzarətindən gizlədilən, ümumi təmiz çəkisi 63 kiloqram 790 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
10
news.milli.az

10Источники