RU

Azərbaycan Gürcüstan münasibətləri nümunəvi qonşuluq əlaqələrini əks etdirir ŞƏRH

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 6 aprel, AZƏRTCAC

Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri ölkələr arasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından mühüm siyasi hadisədir. Dövlətimizin başçısının bu səfəri təkcə ikitərəfli əlaqələrin inkişafına deyil, Azərbaycan–Gürcüstan arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və gələcək inkişaf üçün möhkəm zəmin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib. İkitərəfli əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. Prezident İlham Əliyev də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında bu məsələyə toxunaraq qeyd etdi ki, Azərbaycanla Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını dəstəkləyib və dəstəkləyəcək.

S.Salmanova qeyd edib ki, iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə də səmərəli əməkdaşlıq əlaqələri formalaşıb. “İki ölkə enerji, nəqliyyat və ticarət sahələrində sıx əməkdaşlıq edir, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Qars layihələri bu əməkdaşlığın bariz nümunəsidir. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Prezident İlham Əliyev mətbuata bəyanatında bir daha diqqəti bu reallıqlara yönəldərək bildirdi ki, əsrlər boyu gürcü və Azərbaycan xalqları qardaşlıq şəraitində yaşayıb. Bu gün bu ənənələr davam edir. Hesab edirəm ki, bölgədə nümunəvi qonşuluq əlaqələrini əks etdirən bu münasibətlər gələcəkdə də davam edəcək”, - deyə deputat əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
11
azertag.az

10Источники