RU

Gürcü deputat: Bu səfər Qafqazda sülh proseslərini də sürətləndirəcək

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Tbilisi, 6 aprel, AZƏRTAC

Azərbaycan ən çətin anlarda belə daim Gürcüstanın yanında olub. Bu, bizim dostluğumuzun və qardaşlığımızın göstəricisidir. Azərbaycan Prezidentinin bu gün Gürcüstana dövlət səfəri strateji tərəfdaşlığımızın daha da güclənməsinə və möhkəmlənməsinə xidmət edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Gürcüstan Parlamentində çoxluğunun üzvü Tengiz Şarmanaşvili söyləyib.

“Əlbəttə ki, Gürcüstandan keçərək Azərbaycandan Türkiyəyə və Avropaya gedən strateji nəqliyyat xətləri və boru kəmərləri strateji tərəfdaşlığımızı təsdiq edən amillərdən biridir”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, bu səfər Qafqazda sülh proseslərini də sürətləndirəcək: “Ümid edirəm ki, möhkəm sülh nəhayət bərqərar olub. Əlbəttə ki, belə bir vəziyyətdə İlham Əliyevin Gürcüstana səfəri mövcud münasibətlərin daha da möhkəmləndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
1
azertag.az

2Источники