RU

Ukrayna Rusiyanın “Admiral Makarov” freqatını vurub Qazma qurğusuna da zərbə endirilib

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukrayna hərbçiləri aprelin 6-na keçən gecə Rusiyanın Qara dənizdəki hərbi obyektlərinə zərbələr endirib.

“AzPolitika” bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrində xidmət edən hərbi komandirlərdən biri və xüsusilə pilotsuz sistemlər sahəsində fəaliyyəti ilə tanan Robert Brovdi məlumat verib.

Onun sözlərinə görə, zərbələrdən biri “Admiral Makarov” freqatına Novorossiysk limanında endirilib. Bildirilib ki, sözügedən gəmi “Kalibr” tipli qanadlı raketlərin daşıyıcısıdır.

Brovdi əlavə edib ki, hücum həmçinin Qara dəniz akvatoriyasında yerləşən “Sivaş” üzən qazma qurğusuna da yönəlib. O qeyd edib ki, obyektlərə dəyən zərərin miqyası hazırda kəşfiyyat tərəfindən dəqiqləşdirilir.

Məlumat hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Digər tərəfdən, Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev gecə saatlarında Novorossiyskə edilən hücumla bağlı açıqlamasında liman və ya qazma qurğusunun vurulmasına toxunmayıb. O yalnız pilotsuz uçuş aparatlarının qalıqlarının bir neçə müəssisənin ərazisində aşkar edildiyini bildirib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
37
1
azpolitika.info

2Источники