RU

Bakıda dərslər dayandırıldı? – Universitetlərdən açıqlama

Bakı. Trend:

Paytaxtda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar bəziuniversitetlərdə dərs prosesinə təsir etdiyi, bəzi universitetlərdədərslərin dayandırıldığı ilə bağlı xəbərlər yayılıb.

Müşahidə olunan hava şəraiti paytaxtda dərslərə necətəsir edib?

Trend-insorğusuna cavab olaraq Xəzər Universitetinin mətbuat xidmətindənbildirilib ki, universitetdə dərslər dayandırılmayıb, lakin onlaynformata keçirilib:

"Xəzər Universitetində dərslərin dayandırıldığı iddiaları doğrudeyil. Dərslər dayandırılmayıb, sadəcə bugünlük online formatakeçirilib".

Dövlət Mədəniyyət və İncəsənət Universitetindən də bildirilibki, bu gün dərslərin formatında dəyişiklik edilib:

"Bakalavrlar ənənəvi qaydada dərsə gəliblər. Magistr tələbələriüçün isə bu gün dərslər onlayn formata keçirilib".

Bakı Dövlət Universitetindən isə bildirilib ki, tədris ənənəviqaydada davam edir: " Tələbələrin davamiyyəti də qaydasındadır, heçbir problem yoxdur".

Azərbaycan Tibb Universitetindən də bildirilib ki, hazırdadavamiyyət qaydasındadır, dərs prosesində axsama və ya dəyişiklikyoxdur, tədris ənənəvi qaydada davam edir.

UNEC-dən də tədrisin ənənəvi qaydada davam etdiyi, hansısadəyişikliyin olmadığı bildirilib.

Избранный
48
11
az.trend.az

10Источники