RU

Gülben Ergen prokurorluqda ifadə verdi 

Türkiyəli müğənni Gülben Ergen son günlər gündəmə gəldiyi mövzularla bağlı prokurorluğa çağırılıb.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni Fatmanur Çelik və qızı Hifa İkra Şengüler haqqında etdiyi paylaşımlar səbəbilə başladılan "ictimaiyyəti aldatıcı məlumatı açıq şəkildə yaymaq" araşdırması çərçivəsində Bakırköy Məhkəməsində şübhəli şəxs olaraq ifadə verib.


Məşhur sənətçi Kütləvi İnformasiya Vasitələri Cinayətləri İstintaq Bürosunda təxminən bir saat ifadə verdikdən sonra məhkəməni tərk edib. 


Ergen sözügedən paylaşımları bir ananın çağırışı üzərindən etdiyini qeyd edib və yaşananları prokurorluğa ətraflı şəkildə izah etdiyini bildirib.



Избранный
19
manset.az

1Источники