RU

ABŞ qüvvələri zənginləşdirilmiş uran üçün İrana giribmiş?

Xəbər verdiyimiz kimi, ABŞ-nin F-15E qırıcısı İran ərazisi üzərində vurulub. Bundan sonra ABŞ xüsusi təyinatlıları katapult edərək sağ qalan pilotu xilas etmək üçün İran ərazisinə daxil olaraq, əməliyyat keçiriblər. 

"Unikal" İran mətbuatına istinadən xəbər verir ki, amerikalılarınn ölkəyə daxil olmaqda məqsədi başqa ola bilər. 

Qeyd olunub ki, İran XİN bu gün verdiyi açıqlamada bildirib ki, pilotu xilas etmək adı ilə xüsusi qruplar əslində "zənginləşdirilmiş uranı oğurlamaq üçün gizli əməliyyat" keçirmiş ola bilərlər. 

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi əməliyyatla bağlı "bir çox sual və qeyri-müəyyənlik" olduğunu bildirib. O, əlavə edib ki, amerikalı pilotun tapıldığı iddia edilən yer xilasetmə əməliyyatının aparıldığı ərazidən olduqca uzaqda olub. 

Diplomat bildirib ki, bunun zənginləşdirilmiş uranı ələ keçirmək üçün bir saxtakarlıq olması ehtimalı qətiyyən istisna edilməməlidir.

Ağarza Elçinoğlu  

Избранный
8
2
unikal.az

3Источники