RU

Ukrayna Rusiyanın Novorossiysk limanında freqatı vurub

Ukrayna Rusiyanın Novorossiysk limanında "Admiral Makarov" freqatının məhv edildiyini açıqlayıb.

APA xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanının sözlərinə görə, Ukrayna dronları Rusiya Qara dəniz donanmasının freqatı olan "Admiral Makarov"u gecə vaxtı vurub.

O, Ukrayna kəşfiyyatının hazırda Kalibr qanadlı raketlərini daşıya bilən gəmiyə dəyən ziyanın miqyasını müəyyənləşdirdiyini deyib.

Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev isə regiona dron hücumunu təsdiqləyib. O, bir neçə evə ziyan dəydiyini, səkkiz nəfərin yaralandığını və bir neçə müəssisənin ərazisində dron qalıqlarının tapıldığını bildirib. O, hərbi obyektlərə mümkün zərbə barədə ətraflı məlumat verməyib.

Избранный
50
3
apa.az

4Источники