RU

2,9 milyardlıq satınalma - böyük əczaçılıq razılaşması



ABŞ-ın biotexnologiya şirkəti Neurocrine Biosciences nadir xəstəliklər üzrə fəaliyyət göstərən Soleno Therapeutics şirkətini 2,9 milyard dollar qarşılığında almağa razılaşıb.

Razılaşmaya əsasən, hər səhm üçün 53 dollar ödəniləcək ki, bu da bazar qiymətindən təxminən 34% yüksəkdir. Bu addım Neurocrine-in fəaliyyət sahəsini genişləndirərək metabolik xəstəliklər sektoruna daxil olmasına şərait yaradacaq.

Sövdələşmə nəticəsində şirkət nadir genetik xəstəlik olan Prader–Villi sindromu ilə əlaqəli həddindən artıq aclıq hissinin müalicəsində istifadə olunan ilk təsdiqlənmiş dərmana çıxış əldə edəcək.

Mütəxəssislər bu satınalmanı biotexnologiya sektorunda mühüm addım kimi qiymətləndirir və şirkətin gələcək inkişaf strategiyasının bir hissəsi olduğunu bildirirlər.

aia.az
Tərcümə şöbəsi



Избранный
34
aia.az

1Источники