RU

ABŞ məhkəməsi - Tramp administrasiyası universitetlərdən irqi və cinsiyyət məlumatları tələb edə bilməz



ABŞ-ın federal məhkəməsi Tramp administrasiyasının 17 ştatdakı dövlət universitetlərindən tələb etdiyi geniş irqi və cinsiyyət məlumatlarının verilməsini qeyri-qanuni sayıb.

Boston məhkəməsinin hakimi F. Dennis Saylor IV, ştatların Demokrat baş prokurorlarının müraciəti əsasında ilkin qadağan qərarı çıxarıb. Təhsil Departamenti universitetlərin qəbul prosesində irqi amili nəzərə alıb-almamasını yoxlamaq üçün son yeddi ilin məlumatlarını toplamaq istəyirdi.

Hakim qərarında qeyd edib ki, departamentin bu tələbi qanuni olsa da, yeni məlumat sorğusunun tələsik və xaotik şəkildə tətbiqi universitetlərlə düzgün əlaqə qurulmasına imkan verməyib. İşçilərin azaldılması və departamentin statistik mərkəzinin zəifləməsi də bu problemi artırıb.

Ştatların hüquqşünasları qərarı alqışlayaraq universitetlərin həssas məlumatları tələsik təqdim etməyə məcbur edilməməli olduğunu bildiriblər. Hazırda məhkəmə digər universitetlərin də bu qərardan faydalanıb-faydalanmayacağını nəzərdən keçirir.

aia.az
Tərcümə şöbəsi



Избранный
54
aia.az

1Источники