RU

İstehlak bazarlarında nəzarət tədbirləri ilə bağlı yeni QƏRAR

Bakı. Trend:

“İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğunolmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi Qaydaları”təsdiq edilib.

Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.

Qərara əsasən, qaydalar istehlak bazarlarında (elektron ticarətdaxil olmaqla) texniki reqlamentlərin tələblərinə uyğun olmayanmallara qarşı nəzarət tədbirlərinin həyata keçirilməsi qaydalarınımüəyyən edir.

İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğunolmayan texniki tənzimləmənin şamil olunduğu mallara qarşı nəzarəttədbirləri qanunun tələbləri nəzərə alınmaqla, bu qaydalara uyğunolaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar vəİstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən həyatakeçiriləcək.

Sahibkarlıq sahəsində aparılan yoxlamalar “Sahibkarlıq sahəsindəaparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarınınmüdafiəsi haqqında” qanuna uyğun olaraq həyata keçirilir.

Избранный
46
15
az.trend.az

10Источники