RU

ABŞ bankının rəhbəri: Müharibə qlobal enerji və xammal bazarlarında ciddi sarsıntılara səbəb olacaq

ain.az, Azertag saytına istinadən bildirir.

Qahirə, 6 aprel, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının (ABŞ) JPMorgan Chase bankının baş direktoru Ceymi Deymon İran ətrafında müharibənin qlobal enerji və xammal bazarlarında ciddi sarsıntılara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

AZƏRTAC xəbər verir ki, bu barədə o, səhmdarlara ünvanladığı ənənəvi məktubunda bildirib. Qeyd olunub ki, İranla bağlı gərginlik neft və digər xammal məhsullarının qiymətlərində kəskin dəyişikliklər yaradaraq qlobal təchizat zəncirlərinin yenidən formalaşmasına gətirib çıxara bilər.

Ceymi Daymon vurğulayıb ki, belə bir ssenari inflyasiyanın və faiz dərəcələrinin artmasına səbəb ola bilər. O, geosiyasi gərginlikləri bankın üzləşdiyi əsas risklər sırasında göstərərək, xüsusilə Ukrayna və İran ətrafındakı münaqişələrin qlobal bazarlara təsirini qeyd edib.

Baş direktor hazırkı vəziyyəti “qeyri-müəyyənlik meydanı” kimi xarakterizə edərək bildirib ki, geosiyasi hadisələrin inkişafı gələcək qlobal iqtisadi sistemin formalaşmasında həlledici rol oynaya bilər.

Məktubda, həmçinin qeyd olunub ki, bank sektoru qlobal münaqişələr, davamlı inflyasiya və bazarlardakı dəyişkənlik kimi çağırışlarla üz-üzədir. Bununla yanaşı, 2008-ci il maliyyə böhranından sonra tətbiq edilən bəzi bank tənzimləmələrinin müəyyən müsbət nəticələr versə də, eyni zamanda, ləng işləyən mürəkkəb və parçalanmış sistem yaratdığı, bəzi hallarda maliyyə sabitliyinə və kreditləşməyə mənfi təsir göstərdiyi bildirilib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
1
azertag.az

2Источники