RU

Ağalarovların obyektində terror törədən məhkum intihar etdi

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında baş verən terror aktını törədənlərdən biri olan Yakubjoni Dövlətxon Yusufzoda "Matrosskaya Tişina" istintaq təcridxanasında intihar edib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. 

Məlumata görə, 37 yaşlı məhkum təxridxanadakı kamerada ölü vəziyyətdə tapılıb. 

Dövlətxon konsert zalına hücum işi üzrə 19 təqsirləndirilən şəxsdən biridir. Məhkəmə onu ömürlük həbs cəzasına məhkum edib. 

Qeyd edək ki, "Crocus City Hall" konsert zalı azərbaycanlı iş adamı Araz və Emin Ağalarovlara məxsusdur. 

Ağarza Elçinoğlu  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
1
unikal.az

2Источники