RU

ABŞ-ın İranın əlinə keçməməsi üçün vurduğu təyyarələrinin qalıqları arasından cəsəd tapıldı - Trampı çətinə salacaq iddia…



Son günlər İran hava məkanına daxil olan və vurulduğu iddia edilən ABŞ təyyarələri ilə bağlı müzakirələr davam edir. Ən çox müzakirə edilən məsələ isə Ağ Evə görə, ABŞ-ın xilasetmə əməliyyatının uğurla başa çatmasıdır.

ABŞ prezidenti Donald Tramp pilotların xilas edildiyini açıqlasa da, İran bu iddianı təkzib edən iddia ortaya atılıb. İran ABŞ-ın xilas əməliyyatı zamanı iki MC-130 təyyarəsinin və dörd MH-6 Little Bird helikopterinin vurulduğunu iddia edib. Vurulan təyyarə ilə yanaşı, tapılan ABŞ təyyarəsinin qalıqlarının fotoşəkilləri də yayımlanıb. Təyyarənin qalıqları arasında yanmış insan kəlləsi aşkar edilib.

İran, Trampın İran hava məkanında vurulan təyyarələrin personalının xilas edildiyi barədə açıqlamasına zidd olaraq, dağıntılar altında tapılan yanmış cəsədlərin fotolarını yayımlayıb.

Ağ Evin ABŞ-ın xilas etdiyini iddia etdiyi pilotlardan birinə aid olduğu düşünülən cəsədlə bağlı necə açıqlama verəcəyi maraq doğurur.

ABŞ prezidenti Donald Tramp İran ərazisinin 200 mil dərinliyində aparılan və film kimi həyəcanverici olan "Polkovnik" əməliyyatının əvvəllər məlum olmayan bütün detallarını şəxsən etiraf edib.

Tramp bildirib ki, iki gün ərzində Kohgiluyə və Boyer Əhməd dağlarında təkbaşına sağ qalan əsgərin dözümlülüyü əməliyyatın açarı olub. O, bildirib ki, yaralı olmasına baxmayaraq, pilot dağ yarığına dırmaşaraq oraya sığınıb. Polkovnikin 2100 metr yüksəkliyə qalxdıqdan sonra "Tanrı xeyirxahdır" radio mesajı göndərməsi əvvəlcə Vaşinqtonda "İran tələsi" şübhələri doğursa da, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) "samanlıqda iynə axtarmaq" kimi təsvir edilən dəqiq işi nəticəsində mesajın doğruluğu təsdiqlənib.

MKİ, İran qüvvələrinin pilotu izləməkdən yayındırmaq üçün ölkə daxilində "ABŞ pilotu tapıb və onu quru yolu ilə təxliyə edir" iddiası ilə yalan xəbər yayıb. Bu, İran qoşunlarının səhv istiqamətə yönəlməsinə və komandosların havadan müdaxiləsinə səbəb olub.

ABŞ Xüsusi Əməliyyat Qüvvələrinin SEAL Team-6 və 160-cı SOAR polkovniki təxliyə etmək üçün dağlıq bölgənin düzən hissəsində Təkmilləşdirilmiş Silahlanma və yanacaqdoldurma Məntəqəsi (FARP) qurub.

İran qüvvələrinin qarşısını almaq üçün dörd B-1 bombardmançı təyyarəsi təxminən 100 ədəd 2000 funtluq idarə olunan bomba adıb.

MQ-9 Reaper dronları pilotun gizləndiyi yerə yaxınlaşan şübhəli qruplara atəş açaraq təhlükəsiz bölgə yaradıb.

Tramp strateji məxfiliyi qoruduqlarını bildirib: "Xilas edilən birinci pilotu şişirtmədik, çünki o zaman ikincisi haqqında məlumat əldə edərdilər. Buna görə də, ilk hadisədən bəhs etmədən, ikinci bir əsgərin itkin düşdüyünü anlamaları bir gün yarım çəkdi".

Xilasetmə əməliyyatı zamanı baş verən texniki uğursuzluqlar isə ABŞ-a baha başa gəlib. Təxliyə zonasına eniş edən iki MC-130J Commando II nəqliyyat təyyarəsi ön şassiləri yumşaq səhra torpağında ilişərə orada qalıb. Təxminən 100 komando və yaralı polkovniki çıxarmaq üçün əraziyə üç AFSOC Dash-8 təyyarəsi göndərilib.

Qabaqcıl hərbi texnologiyanın İranın əlinə keçməsinin qarşısını almaq üçün iki MC-130J və iki MH-6 Little Bird helikopteri ABŞ qüvvələri tərəfindən yerindəcə bombalanaraq məhv edilib.

Tramp, qabaqcıl texnologiyanın İranın əlinə keçməsinin qarşısını almaq üçün təyyarələrin məhv edilməsi əmrini şəxsən verdiyini etiraf edib: "İki MC-130J nəqliyyat təyyarəsi və iki MH-6 Little Bird helikopteri. Hər birinin dəyəri 100 milyon dollardan çoxdur, ümumi zərər təxminən 300 milyon dollardır. Əmri şəxsən mən vermişəm".

İrandan isə Trampa tam zidd açıqlama gəlib.İran Silahlı Qüvvələrinin döyüş əməliyyatlarını aparan bölməsi olan Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü polkovnik İbrahim Zülfiqari, təyyarələrin İran tərəfindən vurulduğunu və ABŞ-ın təyyarələri, ələ keçməməsi üçün onu öz əsgərlərilə birgə bombaladığını iddia edib: "ABŞ təyyarələri İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub və ABŞ öz əsgərlərini bombalayıb".

Tahir TAĞIYEV

Избранный
11
baki-xeber.com

1Источники