RU

Keşlədə suyun çəkilərək kənarlaşdırılması üçün intensiv iş aparılırVİDEO

Bakının Nizami rayonu, Keşlə qəsəbəsində bünövrəsi çökən evin kollektorda yaratdığı problemin fəsadlarının aradan qaldırılması işləri davam etdirilir.

Xezerxeber.az-ın məlumatına görə, ötən gündən başlayan işlər bu gün də davam etdirilib.

Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları tərəfindən ərazidən suyun çəkilərək kənarlaşdırılması üçün intensiv iş aparılır.

FHN rəsmisi Pərviz Aslanov bildirib ki, Bakının bir sıra rayonlarında, Sumqayıt şəhərində, Abşeron və Xızı rayonu ərazisində suyun təsirinə məruz qalan ərazilərdə suyun çəkilməsi işləri həyata keçirilir. Xızı rayonunda bəzi ərazilərdən vətəndaşlar təxliyə olunur. Bu tədbirlər gecə saatlarında da davam etdirilib və digər təhlükəsizlik tədbirləri görülüb.

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində normadan artıq yağan yağışlar nəticəsində suyun təsirinə məruz qalan ərazilərdə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun çəkilməsi işləri aparılıb.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında aprelin 5-6-da düşən yağıntının miqdarı 90 mm qeydə alınıb. Bu da aylıq normanın 390%-ni təşkil edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
23
xezerxeber.az

1Источники