RU

TƏCİLİ: Məktəblər bağlandı, dövlət işçiləri onlayn rejimə keçdi, məmurlara avtomobil qadağan olundu

Pakistanın Maliyyə Nazirliyi ölkədə mövcud neft ehtiyatlarının hazırkı tələbatı yalnız 12 gün müddətində qarşılaya biləcəyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, yeni neft partiyalarının ölkəyə daxil olması və planlaşdırılan idxal hesabına ehtiyatlar sabit saxlanılır. Qeyd olunub ki, neft emalı zavodları optimal səviyyədə fəaliyyətini davam etdirir və bu da benzin, dizel yanacağı və xam neftlə təminatda sabitliyi qoruyur.

Xatırladaq ki, martın 9-da Yaxın Şərqdə yaranmış gərginlik və Fars körfəzi regionundan enerji daşıyıcılarının tədarükündə baş verən fasilələr səbəbindən Pakistan hökuməti ciddi yanacaq qənaəti tədbirləri tətbiq etməyə məcbur qalıb.

Martın 18-dən etibarən ölkədə təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb və dərslər onlayn formata keçirilib. Bununla yanaşı, dövlət qurumlarına məxsus nəqliyyat vasitələrinin yanacaq təminatı 50 faiz azaldılıb, istifadəsi isə 60 faiz ixtisar edilib.

Eyni zamanda, dövlət sektorunda çalışan əməkdaşların yarısı distant iş rejiminə keçirilib, dövlət qurumlarında isə dörd günlük iş həftəsi tətbiq olunmağa başlanıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
36
2
konkret.az

2Источники