RU

Uşaq yola qaçdı, anası heç nə olmamış kimi dayanıb baxdı ŞOK GÖRÜNTÜLƏR

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Piyadaların məsuliyyətsizliyi və valideyn diqqətsizliyi yollarda faciəvi hadisələrə yol açan əsas amillərdən biri olaraq qalır. Avtosfer.az xəbər verir ki, belə hadisələrdən biri Rusiyanın Sankt-Peterburq şəhərində baş verib.

Videoregistratora düşən görüntülərdə azyaşlı bir uşağın sürətlə avtomobillərin hərəkət etdiyi magistral yola qaçdığı əks olunub. Ən dəhşətlisi isə odur ki, uşağın anası bu təhlükəli anları kənardan tamamilə sakit və hərəkətsiz şəkildə izləyib. Bədbəxt hadisənin qarşısını yalnız yoldakı sürücülərin vaxtında reaksiya verməsi və kəskin tormozlama etməsi alıb. Balaca uşaq heç bir xəsarət almadan yoldan uzaqlaşdırılıb.

Bu hadisə bir daha sübut edir ki, yol hərəkəti təhlükəsizliyi təkcə sürücülərdən deyil, həm də piyadalardan, xüsusilə də uşaqlı valideynlərdən yüksək diqqət tələb edir.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
avtosfer.az

1Источники