RU

Avtomobil piyadanı vuraraq öldürübVİDEO

Bakıda avtomobil piyadanı vurub.

Xezerxeber.az-ın məlumatına görə, sürücü Ələkbərov Hacıağa Teyyub oğlu "Ford Transit" markalı avtomobillə yolu keçmək istəyən yaşlı şəxsi vuraraq öldürüb.

Ətrafda yaşayanlar şifahi olaraq “Xəzər Xəbər”ə bildiriblər ki, ölən şəxs yağışlı havada yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən hadisə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumu İsrafilli “Xəzər Xəbər”ə bildirib ki, aprelin 5-də paytaxtın Sabunçu rayonu ərazisində piyada vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Hacıağa Ələkbərov idarə etdiyi "Ford Transit" markalı avtomobillə yolu keçmək istəyən piyadanı vurub və nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi polis orqanında cinayət işi başlanılıb. Hazırda istintaq araşdırması aparılır.

TƏBİB-dən sorğumuza cavab olaraq, hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciətin qeydə alınmadığı bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
65
xezerxeber.az

1Источники