ain.az bildirir, Demokrat.az portalına istinadən.
Bakının Sabunçu rayonunda qohumlar arasında mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ramana qəsəbəsində baş verib. Ucar rayon sakini, 1980-ci il təvəllüdlü Adil bibisi oğlu Aqil (adlar şərtidir – red.) ilə mübahisə edib. Onların arasında mübahisənin yaranmasına səbəb isə Aqilin xəstə yatağında olan atasına baxmaması ilə bağlı olub. Məlum hadisə günü Adil bibisinin evinə qonaq gəlib. Bu zaman o, bibisi oğlu Aqilin anasının təkidi ilə xəstə yatağında olan atasına baxmasını deməsinə baxmayaraq, onun atasına baxmadığının şahidi olub. Adil bibisi oğlunun yataq xəstəsi olan atasına xidmət göstərməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı yumruq, təpik və başı ilə onun bədəninin müxtəlif nahiyələrindən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Adilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Adil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Adil aylıq qazancından 5 faiz dövlət nəfinə pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.