RU

Trampdan İrana ağır hədə: “Nə körpüləri qalacaq, nə də…”

İranın atəşkəs təklifini rədd etməsi barədə yayılan rəsmi məlumatlardan dərhal sonra ABŞ Prezidenti Donald Tramp Tehrana qarşı növbəti, daha sərt xəbərdarlığını edib.

NOCOMMENT.az xəbər verir ki, Ağ Evdə birinci xanım Melaniya Tramp ilə birlikdə Pasxa tədbirinə qatılan prezident jurnalistlərə açıqlamasında İranın təslim olmaq istəmədiyini bildirib.

Tramp İran rəhbərliyinin inadkarlığını tənqid edərək bu fikirləri qeyd edib: “Onlar sadəcə olaraq ‘təslim oluruq’ demək istəmirlər. Məğlubiyyəti etiraf etmək istəmirlər, amma bunu edəcəklər. Əgər etməsələr, onların nə körpüləri qalacaq, nə elektrik stansiyaları, nə də başqa bir şeyi. Ümumiyyətlə, heç nəyi”.

ABŞ lideri xəbərdarlığının tonunu daha da artıraraq İranı gözləyən təhlükənin miqyasının daha böyük ola biləcəyinə işarə edib: “Mən daha çox danışmaq istəmirəm, çünki bundan qat-qat pisi də var”. Bu açıqlamalar Vaşinqtonun İrana qarşı hərbi təzyiqi ən yüksək həddə çatdırmağa hazır olduğunun göstəricisi kimi qiymətləndirilir.

Sara,
NOCOMMENT.az

Избранный
26
nocomment.az

1Источники