ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 11 və 12 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib. AYNA.AZ xəbər verir ki, bu barədə ADY-dən bildirilib.
"Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz", - məlumatda qeyd olunub.
Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.