RU

Seldə avtomobilin içində KÖMƏKSİZ QALDILAR – ANBAAN GÖRÜNTÜLƏR

Dağıstanda tüğyan edən fəlakət fonunda bütün Rusiyanı sarsıdan bir qəhrəmanlıq dastanı yazılıb. Buzlu suların ortasında, kilidli avtomobildə boğulmaq üzrə olan bir ana və dörd körpənin xilas edilməsi anları saniyələrlə ölçülüb.

NOCOMMENT.az xəbər verir ki, hadisə zamanı Leyla adlı qadın və övladları avtomobildə tələyə düşüblər. Suyun sürətlə yüksəlməsi və qapıların açılmaması ailəni ölümün pəncəsinə itələyib. Ana həmin dəhşətli anları belə təsvir edir: “Ürək əməliyyatı keçirmiş oğlumun ağlamaqdan göyərdiyini görəndə isterikaya düşdüm. Sadəcə ‘uşaqlarımı xilas edin’ deyə fəryad edirdim”.

Həmin an hadisə yerində olan Məhəmməd Amiralıyev tərəddüd etmədən suya atılaraq avtomobilin lyukundan 3 aylıq körpə daxil olmaqla, bütün uşaqları və ananı tək-tək çıxarıb. Məhəmməd təkcə bu ailəni deyil, ümumilikdə 27 nəfəri selin cəngindən qurtarmağı bacarıb.

Böyük şücaət göstərən gənc ona təklif olunan bütün mükafatlardan imtina edərək qısa və sarsıdıcı bir cavab verib: “Məni onlara kömək etmək üçün Yaradan göndərdi”. Hazırda Məhəmmədin bu fədakarlığı sosial şəbəkələrdə və dünya mediasında “əsl insanlıq dərsi” kimi tirajlanır.

Sara,
NOCOMMENT.az

Избранный
32
nocomment.az

1Источники