RU

İranın gizli üstünlüyü: Vurulan bazalar saatlar içində dirçəlir

ABŞ kəşfiyyat məlumatlarına əsasən, İran hava hücumlarına baxmayaraq raket infrastrukturunu rekord sürətlə bərpa etməyi bacarır.

Musavat.com xəbər verir ki, The Telegraph nəşrinin məlumatına görə, İranın zərbələr nəticəsində zədələnmiş raket bazaları və buraxılış mövqeləri bəzən cəmi bir neçə saat ərzində yenidən fəaliyyətə qaytarılır.

Ekspertlər bildirirlər ki, bu sürətli bərpa imkanının arxasında əsasən yeraltı “raket şəhərləri”, tunel şəbəkələri və mobil buraxılış sistemləri dayanır. İranın dağlıq relyefi isə bu obyektlərin aşkarlanmasını daha da çətinləşdirir.

Qeyd olunur ki, nə qədər çox buraxılış sistemi məhv edilsə, qalanlarını tapmaq bir o qədər mürəkkəbləşir. Bu isə İranın müharibə şəraitində öz raket potensialını qoruyub saxlamasına imkan verir.

ABŞ kəşfiyyatı hesab edir ki, bu faktorlar zərbələrin effektivliyini azaldır və İranın hələ də ciddi hərbi imkanlara malik olduğunu göstərir.

Musavat.com

Избранный
28
musavat.com

1Источники