Bakı. Trend:
ABŞ Demokratlar Partiyasından olan nümayəndə Yasəmin Ənsari(Arizona ştatı) Pentaqon rəhbəri Pit Heqsetə qarşı impiçmenttəşəbbüsü ilə Nümayəndələr Palatasına müraciət etməyiplanlaşdırdığını açıqlayıb.
Trend xəbər verir ki, bubarədə “Axios” portalı məlumat yayıb.
Ənsarinin sözlərinə görə, bu addım Heqsetin İranda ABŞ-nin hərbiəməliyyatlarına rəhbərlik etməsi ilə bağlı ola bilər. Portalınistinad etdiyi ictimai rəy sorğularına əsasən, Heqset ABŞadministrasiyasının ən az populyar üzvlərindən biri hesab olunur vəYaxın Şərqdəki münaqişənin artan xərcləri onun ictimai imicinəmənfi təsir göstərir.
Qeyd olunur ki, ABŞ-nin baş prokuroru Pem Bondi və daxili işlərnaziri Kristi Noemin istefalarından sonra Pentaqon rəhbəridemokratların növbəti siyasi hədəfinə çevrilə bilər.
Axios-un sitat gətirdiyi Ənsari bildirib ki, Heqsetə qarşıimpiçment təşəbbüsünün əsas səbəblərindən biri də onun “vəzifəandını və Konstitusiya qarşısındakı öhdəliklərini dəfələrləpozmasıdır”.