RU

Kommunist partiyasının lideri To Lam Vyetnamın prezidenti seçilib

Yeni qərar ölkədə kollektiv idarəetmə modelindən uzaqlaşma və gücün bir şəxsdə cəmlənməsi kimi qiymətləndirilir...

Poliqon xəbər verir ki, Vyetnamın Milli Assambleyası Kommunist Partiyasının baş katibi To Lamı ölkənin prezidenti vəzifəsinə beş il müddətinə seçib. Reuters Agentliyinin məlumatına görə, To Lamın namizədliyi mart ayının sonunda rəsmən təsdiqlənib. O, bundan əvvəl ictimai təhlükəsizlik xidmətinə rəhbərlik edib və yanvar ayında partiyanın baş katibi kimi ikinci müddətə yenidən seçilib.

Analitiklərin fikrincə, To Lamın həm prezident, həm də partiya rəhbəri postlarını eyni anda tutması Vyetnamın ənənəvi kollektiv idarəetmə modelindən uzaqlaşdığını göstərir. Bu addım ölkədə hakimiyyətin daha da mərkəzləşdirilməsinə, qərarların daha sürətli qəbul olunmasına və idarəetmədə vahid siyasi xəttin formalaşmasına gətirib çıxara bilər. Eyni zamanda, bu dəyişikliklərin iqtisadi islahatların icrasını sürətləndirəcəyi gözlənilir.

Qeyd edək ki, To Lam 2024-cü ildə keçmiş prezident və partiya lideri Nquyen Fu Çonqun vəfatından sonra qısa müddət ərzində hər iki vəzifəni icra etmişdi. İlk rəhbərlik dövründə o, genişmiqyaslı iqtisadi islahatlara start verib və ölkənin inkişaf modelini yenidən formalaşdırmağa çalışıb.

Yenidən seçildikdən sonra To Lam “ikrəqəmli iqtisadi artım” hədəfinə çatmağı planlaşdırdığını açıqlayıb. Onun təqdim etdiyi yeni inkişaf modeli daha az xərcli istehsala əsaslanan ənənəvi ixrac strategiyasından uzaqlaşaraq, daha yüksək əlavə dəyər yaradan sektorlara yönəlməyi nəzərdə tutur. Bu yanaşma xüsusilə uzun illər Vyetnam iqtisadiyyatında əsas rol oynayan xarici şirkətlərin fəaliyyət modelində dəyişikliklərə səbəb ola bilər.

Poliqon.info

Избранный
17
poliqon.info

1Источники