RU

İran Yaponiya jurnalistini azad etdi

İran hakimiyyəti yanvar ayında saxlanılan Yaponiya ictimai yayımçısı NHK-nın Tehran bürosunun rəhbərini azadlığa buraxıb.

Musavat.com xəbər verir ki, məlumatı Kyodo xəbər agentliyi hökumət mənbələrinə istinadən yayıb.

Mənbələrin məlumatına görə, NHK bürosunun rəhbəri hazırda İranı tərk edə bilmir və Tehrandadır. O, iki ölkənin xarici işlər nazirləri arasında bir gün əvvəl baş tutan telefon danışığından sonra azadlığa buraxılıb.

Xatırladaq ki, İranda iki Yaponiya vətəndaşı saxlanılıb. Onlardan biri daha əvvəl azadlığa buraxılıb və artıq Azərbaycan vasitəsilə vətənə qayıdıb.

Musavat.com

Избранный
42
musavat.com

1Источники