RU

FHN: İntensiv yağışlarla əlaqədar suçəkmə işləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin qüvvələri intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri ötən gün və gecə saatlarında fasiləsiz olaraq davam etdirib.

"Yeni Sabah" xəbər verir ki, paytaxtın Nizami, Sabunçu, Suraxanı, Binəqədi və Səbail rayonlarında, habelə Sumqayıt şəhəri, Abşeron, Xızı, Şabran və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.

Yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Bakı və Sumqayıt Regional mərkəzlərinin qüvvələri həyata keçirir.


Telegram kanalımız
Избранный
5
49
yenisabah.az

10Источники