RU

ÇL: Madriddə "erkən final", "Arsenal" "Sportinq"lə üz-üzə

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi start götürür.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Mərhələnin mərkəzi oyununda "Real Madrid" ilə "Bayern Münhen" üz-üzə gələcək. İspaniya nəhəngi almanları doğma meydanda qəbul edəcək. Günün digər qarşılaşmasında isə İngiltərə Premyer Liqasının hazırki lideri "Arsenal" Portuqaliyada "Sportinq"lə qarşılaşacaq. Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, 1/4-in daha iki görüşü - "Barselona" - "Atletiko Madrid" və PSJ - "Liverpul" oyunları sabah keçiriləcək. Cavab oyunları isə aprelin 14-15-də baş tutacaq.

UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
7 aprel

23:00. "Real Madrid" (İspaniya) - "Bayern Münhen" (Almaniya)
23:00. "Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə)

Избранный
10
9
fanat.az

10Источники