RU

Oğlu Luçeskunun durumundan danışdı

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Oğlu Luçeskunun durumundan danışdı

Rumıniya millisinin sabiq baş məşqçisi Mirça Luçeskunun oğlu Rzavan Luçesku səhhətində ciddi problem yaranan atasının durumu ilə bağlı danışıb.

QOL.az xəbər verir ki, 80 yaşlı mütəxəssis növbəti dəfə ağır aritmiya tutmasından sonra tibbi komaya düşüb.

Razvan Luçesku "Gazeta Sporturilor"a açıqlamasında atası ilə bağlı deyib: "Hazırda çətin andır və hər kəsdən buna hörmətlə yanaşmasını xahiş edirəm. Bütün lazımi məlumatlar tibb işçiləri tərəfindən rəsmi mənbələr vasitəsilə veriləcək".

Həkimlərin sözlərinə görə, Luçeskunun vəziyyəti sabit, lakin ciddi olaraq qalır.

Qeyd edək ki, aprelin 3-də Luçeskunun kəskin miokard infarktı keçirdiyi bildirilib. O, Rumıniya milli komandasında olduğu müddətdə səhhətinin pisləşməsi səbəbindən 29 martda xəstəxanaya yerləşdirilmişdi. Həmin gün Luçeskunun xəstəxanadan buraxılması planlaşdırılsa da, onun durumu pisləşib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
1
qol.az

2Источники