BAKI, 7 aprel. TELEQRAF
Ermənistan hakimiyyəti mayın 28-də Respublikası Günü münasibətilə İrəvanda genişmiqyaslı hərbi parad keçirməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb.
Nəşrin yazdığına görə, paradda son illərdə xarici ölkələrdən alınan bütün hərbi texnikanın nümayiş etdirilməsi və bununla son onilliklərdə belə genişmiqyaslı silahlanmanın həyata keçirilmədiyi təəssüratının yaradılması planlaşdırılır:
“Əgər bu məlumat təsdiqlənərsə, bu, diqqətçəkən və ziddiyyətli mənzərə yaradacaq. Hər gün sülh gündəliyindən danışan və özünü “sülh tərəfdarı” kimi təqdim edən Nikol Paşinyan hökuməti paytaxtın mərkəzində hərbi texnika nümayiş etdirərək, ictimaiyyətə siyasi mesaj göndərməyə hazırlaşır. Üstəlik, təkcə xarici yox, ilk növbədə, daxili auditoriya üçün. Bu da indiki hakimiyyət dövründə ordu quruculuğu və silahlanmanın görünməmiş səviyyədə olduğunu göstərmək üçün edilir.
Bu cəhd həm də siyasi müqayisə cəhdidir. Söhbət rəqiblərini aqressiyada, müharibəni qızışdırmaqda və sülhü pozmaqda ittiham edən, amma indi ordudan və hərbi texnikadan siyasi nümayiş üçün vasitə kimi istifadə etməyə hazırlaşan hökumətdən gedir”.