Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) iranlılara bu axşamadək ölkədaxilində qatarla səyahət etməmələri barədə təcili xəbərdarlıqedib.
Trend bu barədə"Times of Israel"ə istinadən xəbər verir.
“Əziz vətəndaşlar, təhlükəsizliyiniz naminə xahiş edirik ki, buandan etibarən İran vaxtı ilə saat 21:00-dək ölkə daxilində qatarxidmətlərindən istifadə etməkdən və qatarla səyahət etməkdənçəkinəsiniz”, - IDF-nin farsdilli sözçüsü, ehtiyatda olanpolkovnik-leytenant Kamal Penhasi bəyanatda bildirib.
“Qatarların vaqonlarında və dəmir yolu xətlərinin yaxınlığındaolmanız həyatınızı risk altına qoyur”, -deyə o əlavə edib.
Qeyd edək ki, dünən İsrailin müdafiə naziri İsrael Kats bildiribki, IDF-ə “İranın terror rejiminin milli infrastrukturuna tam gücləzərbələri davam etdirmək” tapşırılıb.