Göygöl rayonunda yanan evlərin sahibləri danışıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, ev sahiblərindən biri Svetlana Məmmədova yanğının bir anda baş verdiyini deyib.
"Gecə saat 3 radələri idi. Bir də gördüm evlər yanır. Tələsik çıxmaq istədim gördüm alov ətrafı götürüb. Tez Ənvəri çağırdım. Məni çıxara bildi. Əlimdə, üzüm də yanıb"
Bir digər sakin Ənvər Kərimov isə bildirir ki, yanğın evlərin dam örtüyündən başlayıb.
"On dəqiqə içərisində evin dam örtüyü yandı. Mənim özümü qonşu çıxardı. Böyük ehtimal hadisə işıqdan baş verib."
Məlumat üçün bildirək ki, M. Rəsulzsdə küçəsində qeydə alınanyanğın zamanı bir-birinə bitişik üç ev yanıb. Həmin evlər almanlar tərəfindən inşa edilən tikililərdir.