RU

Rusiya kəşfiyyatı vurulacaq yerlərin siyahısını İrana verdi

Rusiya kəşfiyyatı İrana İsraildəki 55 vacib enerji infrastrukturu hədəfinin ətraflı siyahısını təqdim edib. 

"Unikal" xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.

Ukrayna kəşfiyyatına yaxın bir mənbənin verdiyi məlumata görə, Moskva ilə Tehran arasında dərinləşən hərbi və kəşfiyyat əməkdaşlığı vurğulanıb.

Hesabatda ötürülən məlumatların İrana İsrailin enerji sisteminə dəqiq raket zərbələri endirməyə imkan verdiyi iddia edilir. 

Əldə edilən məlumatlara görə, hədəf yerlər strateji əhəmiyyətinə görə üç kateqoriyaya bölünür:

Kritik istehsal müəssisələri: Bunlar dağıdılması milli enerji sistemini iflic edəcək yerlərdir. Hesabatda xüsusilə Orot Rabin elektrik stansiyası prioritet hədəf kimi göstərilir.

Böyük şəhər və sənaye enerji mərkəzləri: Bu obyektlər əsasən İsrailin mərkəzi hissəsində yerləşir və böyük yaşayış məntəqələrinə xidmət göstərir.

Yerli infrastruktur: Bu hədəflərə sənaye zonalarını və kiçik elektrik stansiyalarını enerji ilə təmin edən regional yarımstansiyalar daxildir.

Ağarza Elçinoğlu

Избранный
25
1
unikal.az

2Источники