RU

Rusiya Qəhrəmanı 4 gündür itkin düşüb

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Aprelin 3-də Kuzbassda itkin düşən Rusiya Qəhrəmanı Aleksey Asılxanovun axtarışları dördüncü gündür davam edir.

Bu barədə TASS məlumat yayıb.

Qeyd edilib ki, o, aprelin 3-də Yurqa şəhərində evdən çıxıb və geri qayıtmayıb.

Aprelin 7-nə olan məlumata görə, axtarışlar hələ nəticə verməyib.

Xatırladaq ki, sıravi Aleksey Asılxanov Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı 15 tankı, 50 döyüş zirehli texnikanı və çoxlu sayda silahlını məhv edib. O, 2024-cü ilin dekabrında “Qızıl Ulduz” medalı ilə təltif olunub. Yaralandıqdan sonra Kuzbassa qayıdaraq Yurqa Aqrotexnologiya və Xidmət Texnikumunda əlavə təhsil üzrə müəllim kimi fəaliyyət göstərib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
2
apa.az

6Источники