RU

Xameneinin son videosu süni intellektləhazırlanıbmış

Britaniyanın “The Times” qəzeti İranın Ali Rəhbəri Müctəba Xameneinin sağlamlıq vəziyyəti barədə yazıb.

Redaktor.az xəbər verir ki, qəzetin iddiasına görə, Müctəba Xameneinin son günlər bəzi İran Teleqram kanallarında yayılan videogörüntüsü süni intellektin məhsuludur.

Qəzetin əldə etdiyi informasiyalar ABŞ və İsrail kəşfiyyatının məlumatlarına əsaslanır.

“The Times” iddia edir ki, Muctəba Xamenei şüurunu itirib və hətta koma vəziyyətindədir.  Onun hazırda İranın Qum şəhərindəki gizli xəstəxanalardan birində müalicə olunduğu qeyd edilir. Qum şəhəri İranın şiə dini mərkəzlərindən biridir.

Məlumatlarda qeyd olunur ki, Muctəba Xamneyi qərarvermə proseslərində iştirak edə bilmir və ictimai görünüşü son dərəcə məhduddur. Sosial mediada yayılan süni intellektlə hazırlanmış videolar onun fəaliyyətini nümayiş etdirmək cəhdi kimi qiymətləndirilir.

Qəzet həmçinin bildirib ki, ABŞ və İsrail kəşfiyyatı Muctəba Xameneinin vəziyyətini uzun müddətdir izləyir, kəşfiyyat məlumatları indiyədək gizli saxlanılıb.

Xarici mətbuatın məlumatında o da vurğulanır ki, hazırda İranı İnqilab Keşikçiləri Korpusu (SEPAH) idarə edir.

Избранный
11
2
redaktor.az

3Источники