RU

ABŞ və İsrailin hücumları nəticəsində Tehranda bir sinaqoqDAĞIDILDI - VİDEO

Tehranın mərkəzindəki sinaqoq ABŞ və İsrailin hava hücumları nəticəsində dağıdılıb.

Redaktor.az xəbər verir ki, İranın "Tasnim" xəbər agentliyi paytaxtdan yayılan video ilə birlikdə bildirib ki, Tehranın mərkəzində yerləşən sinaqoq binası “tamamilə dağıdılıb”.

Yerli mənbələrə görə, ABŞ və İsrail qüvvələrinin paytaxtdakı hava hücumları zamanı sinaqoqun yaxınlığında mərmi partlayıb və nəticədə bina ciddi şəkildə zədələnib.

Bu hadisə İranla ABŞ–İsrail qüvvələri arasındakı gərginliyin fonunda baş verib və hadisə yerindən görüntülər də yayımlanıb.

Aminə ŞAHSUVARQIZI

Избранный
12
1
redaktor.az

2Источники