Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı, 7 aprel, AZƏRTAC
AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” elmi-ədəbi toplusunun 2025-ci il üzrə 1-ci (63-cü) nömrəsi işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun redaktorluğu ilə ildə iki dəfə dərc edilən jurnalın bu nömrəsində folklorşünaslığın müxtəlif istiqamətlərini əhatə edən aktual elmi araşdırmalar təqdim olunur.
Nəşrdə Dursun Yıldırımın “Dede Korkutun Yeni Kolaj Tarzı Yazma Hocali Mollanınmıdır?”, Yeganə İsmayılovanın “Koroğlu dəliləri: ümumiləşdirici xüsusiyyətləri”, Şakir Albalıyevin “Leyli və Məcnun” dastanı - ülvi sevgi faciəsi və Elçin Qaliboğlunun “Azərbaycanın aşıq sənəti ulusal dəyərimiz kimi” adlı məqalələri yer alır.
Eyni zamanda, Xankişi Məmmədovun “Azərbaycan atalar sözlərinin iki yeni modeli onların əsas xüsusiyyətləri”, dosent Günel Cənnətovanın “Türk dastanlarında məkan ölçülməsinin arxaik distributivliyi”, Aydın Mustafayevin “Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində çərşənbələr və Novruz bayramı”, Mətanət Xəlilovanın “Novruz mərasimləri Şuşa folklorunda milli-mədəni dəyərlərin əsas faktoru kimi”, Məhsəti Süleymanovanın “Baramaqurdu ilə bağlı xalq ənənələri: təsərrüfatda və folklorda”, Cəmilə Novruzovanın “Azsaylı xalqların folklorunun öyrənilməsində yeni mərhələ”, Rafael Əliyevin “Hüseyn Arif poeziyasında milli kimliyin təqdim və ifadə üsulları” adlı araşdırmaları da təqdim olunur.
Bundan başqa, Baba Əlibabaoğlunun “Tarixi oğuznamələr və türk dastanları arasında mövzu-motiv yaxınlıqları”, Könül Əmrahovanın “Koroğlu” dastanının çap olunmuş mövcud qolları”, Maya Abdullayevanın “Azərbaycan epik folkloru və trikster obrazları”, Jalə Rüstəmovanın “Xavərnameyi-türki”də tarixilik və mifologiya”, Fatimə Bağırovanın “Kosmoqonik mif mətnlərinin folklorumuzda təcəssümü və “Oğuznamə” motivləri”, Larisa Alışanovanın “Türk və kazak folklorunda oxşarlıq məsələlərinə dair” başlıqlı məqalələri topluda öz yerini tutur.
Nəşrin baş redaktoru filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, baş redaktorun müavini dosent Nail Qurbanov, məsul katibi isə dosent Elçin Qaliboğludur. Toplunun redaksiya heyətində müxtəlif ölkələrdən tanınmış alimlər təmsil olunur ki, bu da nəşrin beynəlxalq elmi əməkdaşlıq platforması kimi əhəmiyyətini artırır.
Qeyd edək ki, “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” jurnalı 2023-cü ildən DOI (Digital Object Identifier) identifikatoru ilə nəşr olunur. Təqdim olunan sayda 17 məqalə yer alıb və hər bir məqalə DOI identifikatoru ilə təmin edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.