RU

Səfəri: Hörmüz boğazından keçmək üçün rüsumlar İran rialı ilə ödənilməlidir

BAKI, 7 aprel. TELEQRAF

“Niyə Hörmüz boğazı üçün rüsumların ödənişində Çin yuanı müzakirə olunur? İndi bu rüsumların İran rialı əsasında alınmasının vaxtıdır”.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər nazirinin keçmiş müavini Mehdi Səfəri deyib.

“Hörmüz boğazından keçmək istəyən hər bir qurum rial əldə edə və keçid rüsumunu bununla ödəyə bilər”, - Səfəri vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl İranın “NourNews” informasiya agentliyi mənbələrə istinadla istisnasız olaraq bütün ölkələrin Hörmüz boğazından maneəsiz keçid üçün təhlükəsizlik haqları ödəməli olacaqlarını yazmışdı.

Избранный
6
1
teleqraf.com

2Источники