RU

Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 6 % azalıb

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət qurumlarına 274 kiberhücum indikatoru (IOC) müəyyən edib.

"Report"un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6 % azdır.

Kibertəhdidlərin 213-ü daxili araşdırma, 64-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

2025-ci ildə dövlət qurumlarına 850 kiberhücum qeydə alınıb ki, bunun da 372-si daxili araşdırma, 478-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
9
cebheinfo.az

10Источники