RU

İngilislər bu futbolçu üçün 80 milyon avro ödəyir

İngiltərənin “Celsi” klubu yay transfer pəncərəsində heyətini gücləndirmək istiqamətində növbəti addımını atmağa hazırlaşır. London təmsilçisinin “Barcelona”nın müdafiəçisi Jül Koundeni transfer etməkdə maraqlı olduğu bildirilir.

Vətəninfo.az xəbər verir ki,  “Celsi” 27 yaşlı fransalı futbolçu üçün təxminən 80 milyon avro məbləğində təklif hazırlayır. Klub rəhbərliyi müdafiə xəttində sabitliyi artırmaq məqsədilə bu transferi yayda reallaşdırmağı planlaşdırır.

Qeyd edək ki, Jül Kounde cari mövsümdə “Barcelona”nın heyətində ümumilikdə 182 rəsmi matçda meydana çıxıb və komandanın əsas oyunçularından biri hesab olunur.

Избранный
17
veteninfo.az

1Источники