RU

Lukaku “Napoli”nin düşərgəsinə qayıtmır, klub onu cəzalandıracaq

Milli komandaların oyunlarından bir həftə vaxt keçsə də, Romelu Lukaku hələ də “Napoli”nin düşərgəsinə qayıtmayıb.

Msport.az xəbər verir ki, 32 yaşlı futbolçu klubun icazəsi olmadan Belçikada qalaraq fərdi məşqlərə başlayıb. O, bunu zədəli olması və atasının ölümü ilə əlaqələndirib. Lulaku bildirib ki, kluba kömək edəcək, lakin bunun üçün 100 faiz hazır olmalıdır.

“Napoli” bir həftə əvvəl rəsmi şəkildə bəyan edib ki, hücumçu qayıtmasa, onu cəzalandıracaq. Lakin belçikalı forvard buna məhəl qoymayıb. İndi artıq Lukaku cərimə ilə canını qutarmayacaq, onu daha ciddi cəza gözləyir.

 

Избранный
10
msport.az

1Источники