RU

3 komandaya texniki məğlubiyyət verildi

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

3 komandaya texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsi 3 komandanı texniki məğlubiyyətlə cəzalandırıb.

QOL.az xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.

AFFA U-14 Qızlar Liqasının “Sumqayıt" - "Pirallahı” oyunu qonaq komandanın futbolçularının sayı yetərli olmadığına görə baş tutmayıb. Ona görə də "Pirallahı"ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Həmin çempionatda “Kür" komandası “Mingəçevir”lə oyuna təyin edilən vaxtda gəlmədiyinə görə eyni cəzanı alıb.

Futzal liqasında isə "Şuşa" – U-19 görüşü "Şuşa"nın təyin olunan vaxtda meydana daxil olmadığına görə baş tutmadığı üçün bu komanda 0:5 hesablı texniki məğlubiyyətlə cəzalanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
3
qol.az

4Источники