RU

Hörmüz boğazı dünya neft və qaz tədarükünü təhlükəyə atıb BƏA nın enerji ekspertindən XƏBƏRDARLIQ

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Beynəlxalq Enerji Agentliyinin direktoru Fatih Birol Hörmüz boğazının blokadasının yaratdığı neft və qaz böhranını “1973, 1979 və 2002-ci il böhranlarından daha ciddi” adlandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV yayıb.

O, aprelin 7-də Fransa qəzetində "Le Figar"o dərc olunmuş müsahibəsində bildirib ki, “dünya heç vaxt bu qədər böyük elektrik kəsintisinə məruz qalmayıb”.

Birol əlavə edib ki, Avropa ölkələri, Yaponiya, Avstraliya və digər inkişaf etmiş ölkələr bundan əziyyət çəkəcək, lakin inkişaf etməkdə olan ölkələr neft və qaz qiymətlərinin artması, ərzaq qiymətləri və ümumi inflyasiyanın sürətlənməsindən daha ciddi təhlükə altındadırlar.

O qeyd edib ki, İsrail və ABŞ-nin hücumlarına cavab olaraq İran, dünya neft və qaz tədarükünün təxminən 20%-nin keçdiyi Hörmüz boğazında gəmiçiliyin qarşısını effektiv şəkildə bağlayıb, bu isə dünya miqyasında enerji qiymətlərinin kəskin artmasına səbəb olub.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
redaktor.az

2Источники