RU

"14 milyondan çox iranlı vətənlərini müdafiə etmək üçün canlarından keçməyə hazırdır" - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, 14 milyondan çox iranlı ölkəsini müdafiə etmək üçün canlarından keçməyə hazırdır.

Redaktor.az xəbər verir ki, bu barədə Pezeşkian feysbuk səhifəsində qeyd edib:

“14 milyondan çox qürurlu iranlı İranı müdafiə etmək üçün canlarından keçməyə hazır olduqlarını bildirib. Mən də İran uğrunda ölməyə hazır olmuşam və olacağam”.

ABŞ Prezidenti Donald Tramp isə 7 aprel axşamı bildirib ki, Tehran beş həftədən çox davam edən müharibəyə son qoyacaq bir razılaşmaya gəlməsə, İranın mülki elektrik stansiyalarına və körpülərinə genişmiqyaslı hücumlar əmri verəcək.

Aminə ŞAHSUVARQIZI

Избранный
17
1
redaktor.az

2Источники