RU

Lənkəranda şadlıq evində mənşəyi məlum olmayan alkoqollu içkilər aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran şəhərinin Füzuli küçəsində Əli Hacıağa oğlu Ağayevə məxsus “Ağ saray” şadlıq evində yoxlama keçiriblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Ekologiya.az-a verilən məlumata görə, yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Şadlıq sarayında qeydiyyatdan keçməmiş istehsalçı tərəfindən istehsal olunan və etiket məlumatlarına dair tələbləri pozulmuş “Organic Ultra” əmtəə nişanlı alkoqollu içkilərin toy şənliyində istifadə olunmasının qarşısı alınıb.

Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Məhsulların istifadəsi məhdudlaşdırılıb, araşdırmalar davam etdirilir.

Избранный
14
8
ekologiya.az

10Источники