RU

The New York Times: İran ABŞ-a 10 əsas şərtlərini göndərib

ABŞ ilə İran arasında davam edən gərginliyin azaldılması istiqamətində yeni diplomatik təşəbbüslər gündəmə gəlib. The New York Times qəzetinin anonim İran rəsmilərinə istinadən yaydığı məlumata görə, Tehran Pakistan vasitəsilə Vaşinqtona münaqişəyə son qoyulması üçün 10 maddədən ibarət plan təqdim edib.

Vətəninfo.az xəbər verir ki, plan çərçivəsində İrana qarşı gələcək hücumların olmayacağına dair zəmanət verilməsi, İsrailin Livanda “Hizbullah”a qarşı əməliyyatlarını dayandırması və bütün sanksiyaların ləğvi kimi şərtlər yer alır. Bununla belə, İranın irəli sürdüyü tələblərin tam siyahısı hələ açıqlanmayıb.

Qeyd olunur ki, təklifə qarşılıq olaraq Tehran Hörmüz boğazı üzərindən gəmi hərəkətini bərpa etməyə hazırdır. Lakin İran hər gəmi üçün təxminən 2 milyon dollar rüsum tətbiq etməyi və bu gəliri Omanla bölüşməyi planlaşdırır. Əldə edilən vəsaitin isə zədələnmiş infrastrukturun bərpasına yönəldiləcəyi bildirilir. Eyni zamanda, Tehran ABŞ və İsraildən birbaşa kompensasiya tələb etməyəcək.

Bundan bir gün əvvəl IRNA agentliyi İranın ABŞ-ın müharibəni dayandırmaq təklifinə cavabını Pakistan vasitəsilə çatdırdığını, müvəqqəti atəşkəs variantını rədd etdiyini və yalnız yekun razılaşma üzərində israr etdiyini yazıb.

ABŞ Prezidenti Donald Tramp isə İranla mümkün razılaşma üçün son tarix kimi aprelin 7-si axşam saatlarını müəyyən edib.

Eyni zamanda, Axios portalının məlumatına görə, tərəflər arasında 45 günlük müvəqqəti atəşkəs imkanları da müzakirə olunur.

Избранный
26
veteninfo.az

1Источники