RU

Yağışa görə 6 milyon manatdan çox ziyan dəyib

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanda 20-30 mart tarixləri arasında normadan yuxarı yağıntılar və əlverişsiz hava şəraiti fonunda sığorta zərərinin həcmi 6 milyon manatı ötüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, sözügedən dövrdə paytaxt Bakı da daxil olmaqla ölkənin müxtəlif bölgələrində bayram tədbirləri və tətil səfərləri, həmçinin normadan artıq yağış yağması və güclü külək əsməsi nəticəsində çox sayda hadisə qeydə alınıb.

İlkin hesablamalara əsasən, bütün hadisələr üzrə qiymətləndirmə prosesi tamamlandıqdan sonra ümumi zərər həcminin təqribən 10 milyon manata çatacağı proqnozlaşdırılırdı.

Qeyd edək ki, son günlər yenə ölkə ərazisində yenə qeyri-sabit hava şəraiti ilə bağlı bir sıra problemlər yaranıb. Bugünlərdə vətəndaşlara dəyən zərərin miqdarına gəldikdə isə Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən müvafiq sığorta şirkətlərinə ünvanlanan müraciət əsasında yekun nəticələr açıqlanacaq. 

Nigar Abdullayeva

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
1
cebheinfo.az

2Источники