RU

Türkiyənin universitet rektoru: Azərbaycanda keçirilən hakatonda iştirak nüfuzumuzu artırdı

Azertag saytına istinadən ain.az xəbər verir.

Ankara, 7 aprel, AZƏRTAC

Türkiyənin Nide vilayətindəki Ömer Halisdemir Universitetinin rektoru professor Hasan Uslu rəhbərlik etdiyi universitetinin Azərbaycanda keçirilən “GreenCity Hackaton” innovasiya yarışında iştirakını yüksək qiymətləndirib.

AZƏRTAC xəbər verir ki, rektor Azərbaycandakı hakaton kimi tədbirləri Türkiyə universitetinin beynəlxalq nüfuzunun artırılmasına əhəmiyyətli töhfə adlandırıb.

Professor Uslu, həmçinin beynəlxalq tərəfdaşlarla sıx əlaqələr qurmağın vacibliyini vurğulayıb, Ömer Halisdemir Universitetinin elm və texnologiyanın inkişafına yönəlmiş tədbirlərdə fəal rol oynamağa davam edəcəyinə əminlik ifadə edib.

“GreenCity Hackaton” innovasiya yarışması Azərbaycanda elan edilən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunub. Təşəbbüs Bakı Avrasiya Universiteti, Türkiyənin Ömer Halisdemir Universiteti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA) və Azərbaycanın bir sıra şirkətləri tərəfindən dəstəklənib.

Bakıdakı hakatonun çoxsaylı fotoşəkili Türkiyə universitetinin veb-saytında yerləşdirilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
azertag.az

1Источники