RU

İlkin Qəribli: "Avropa arenasına qalib gəlmək məqsədilə gedəcəyik"

Minifutbol üzrə Azərbaycan çempionatının gümüş medalçısı "Birbaşa Bakı" Avropa arenasına yalnız qalib gəlmək məqsədilə gedəcək.

Bunu "Far.Az"a müsahibəsində komandanın rəhbəri İlkin Qəribli deyib.

O, qitə turnirində qalib gəlməyə qadir olduqlarını söyləyib:

"Avropa arenası bizim üçün ayrıca motivasiyadır. Biz artıq sübut etmişik ki, bu səviyyədə sadəcə iştirak etməyə yox, qalib gəlməyə də qadirik. Ona görə beynəlxalq turnir bizim üçün gümüş medalla təsəlli deyil, klubumuzun səviyyəsini yenidən hamıya göstərmək üçün əlavə fürsətdir. Ora yalnız bir məqsədlə - kubok uğrunda mübarizə aparmağa gedəcəyik".

Qeyd edək ki, "Birbaşa Bakı" komandası minifutbol üzrə Azərbaycan çempionatının finalında "Zirə"yə 1:4 hesabı ilə məğlub olaraq ikinci yeri tutub.

İlkin Qəriblinin "Far.Az"a müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Избранный
16
far.az

1Источники