RU

"B-2"lər SEPAH-ın yeraltı qərargahına zərbələr endirdi

 

ABŞ Hərbi Hava Qüvvələri Tehran yaxınlığındakı Camaran dağlarında yerləşən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeraltı qərargahına hava zərbələri endirib.

Musavat.com xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Məlumata görə, hücum əməliyyatında 36 saatlıq fasiləsiz uçuş həyata keçirən B-2 Spirit strateji bombardmançı təyyarələrindən və GBU-57 tipli güclü bunker əleyhinə bombalardan istifadə olunub.

Əməliyyat vurulmuş F-15E təyyarəsinin ekipajının təxliyəsi ilə eyni vaxtda sinxronlaşdırılıb. Havadan mühafizəni isə B-1B Lancer bombardmançıları təmin edib.

Pentaqondakı yüksək rütbəli mənbələrin bildirdiyinə görə, SEPAH-ın yeraltı qərargahı tamamilə dağıdılıb və missiya uğurlu hesab edilib.

Musavat.com

Избранный
44
22
musavat.com

10Источники